Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb...

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəksəlib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.

Q.Maqomedov görüş zamanı ayağından ziddi zədə alıb. Ayağını yer basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvila ilə qarşılaşıb.

Maqomedov hər iki hissədə rəqibindən üstün olub - 9:4, 11:1.

Onun finaldakı rəqibi Cənubi Koreya taekvondoçusu Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib. Təmsilçimiz ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesabı ilə üstün olub.

O, finala gedən yolda italiyalı Vito Dellakvila ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub. O, növbəti raundda ispaniyalı Adrian Visente ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay